İnsanlar yanğın qabaqlayıcı tədbirləri boş verirlər... Yanğın oyun deyildir...!
İnsanlar yanğın qabaqlayıcı tədbirləri boş verirlər...
Yanğın oyun deyildir...!
Fövqalada Hallar Nazirliyinin verdiyi məlumata görə yanğınlara dair statistik məlumat
2019-cu ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 1965 çıxış edilmişdir. Onlardan:
çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar - 560 çıxış;
açıq sahələrdə yanğınlar – 785 çıxış;
nəqliyyat vasitələrində yanğınlar – 70 çıxış;
digər yanğınlar üzrə - 550 çıxış təşkil etmişdir.
Yanğın hadisələri zamanı 29 nəfər həlak olmuş, 49 nəfər xəsarət almış, bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 14 nəfər və ya 33% azdır, xəsarət alanlar üzrə 18 nəfər və ya 58% çoxdur. Yanğınların söndürülməsi zamanı 33 nəfər xilas edilmiş, 478 nəfər təhlükəsiz ərazilərə təxliyə olunmuşdur.