Marifləndirmə

Odsöndürücü balondan istifadə qaydaları

- odsöndürücü balonun üzərində olan yarlıqdakı məlumatla tanış olmaqla həmin balonun hansı yanğınlarda istifadə edildiyini öyrənin; - qazla işləyən balondan bütün növ yanğınların söndürülməsində istifadə edilir; - tozla işləyən balondan elektrik təsərrüfatında baş verən yanğınların söndürülməsində istifadə edilir; - köpüklü balondan bərk maddə və tezalışan mayelərin yanması zamanı istifadə edilir; - balonun üstündəki manometrin göstəricisi yaşıldırsa, balon istifadəyə yararlıdır; - istifadə zamanı balondan xarakterik səs eşidilir; - odsöndürücü balondan istifadə etmək üçün: - onun üstündəki plastik möhürü qırın; - balonun dəstəyinin arasındakı dəmir kilidi çıxarın; - təhlükəsiz məsafədə duraraq balonun lüləsini birbaşa alova yönəldin; - dəstəyi yavaş-yavaş sıxın; - lüləni yuxari-aşağı, sağa-sola hərəkət etdirərək, alovu tam söndürün.

 


 

 

Onlayn konsultasiya
Onlayn konsultasiya
Operatorlar hal-hazırda məşğuldurlar.
Xahiş edirik daha sonra cəhd edin və ya əlaqə bölməsindən istifadə edərək müraciət edin..