Bakıda avtomobil yandı
Bakı şəhərinin Xətai rayonunda "Kia" markalı minik avtomobilinin yanar hissələri yanıb, yüksək temperaturdan yaxınlıqda olan "Volkswagen" markalı minik avtomobilinin ön hissəsi əriyib. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.