Xidmətlər

Mühafizə-yanğın siqnalizasiyası

Mühafizə-yanğın siqnalizasiyası yaşadığımız mürəkkəb və həm də gözlənilməz hadisələrlə dolu olan dünyamızda şəhərkənarı bağ evindən başlamış iri müəssisəyə qədər hər bir obyektin ən zəruri atributlarından birinə çevrilmişdir. Müasir optikanın və elektronikanın nailiyyətləri canlı gözətçinin demək olar ki, bütün funksiyalarını böyük müvəffəqiyyətlə yerinə yetirərək, fiziki mühafizənin işini sadəcə olaraq effektsiz edir. Texniki sistemlər sürətlidirlər, yuxuya ehtiyacları yoxdur və ən əsası da etibarlıdırlar – onları hər hansı bir yolla ələ almaq mümkün deyil. Bu sistemlərdə keyfiyyətli elementlərdən istifadə olunduqda və düzgün qulluq edildikdə onlar xarab olmadan onilliklər boyunca istismar edilə bilərlər.

Təklif edilən xidmətlər kompleksinə - obyektin ilkin təftişi, smetanın tərtib edilməsi, siqnalizasiyanın layihəsinin hazırlanması, tərtibi və razılaşdırılması, komlektləşdirici hissələr və materiallarla təminat, tikinti, quraşdırma və işəsalma-sazlama işlərinin görülməsi, obyektin güc strukturlarına və yanğın mühafizəsi komissiyalarına təhvili, operativ reaksiya verməklə pult monitorinqi, sistemlərə qeyri-məhdud zaman ərzində zəmanətli, servis və reqlamentli xidmət və s. daxildir.

Layihələndirmə işi nəinki yalnız qəbul edilmiş texniki normalar daxilində, həm də sifarişçinin bu normalar çərçivəsindən kənara çıxmayan istəkləri nəzərə alınmaqla yerinə yetirilir. Bu zaman sifarişçiyə sərf edən müddətlər, onun maliyyə imkanları və hətta estetik nyüansları və digər şərtləri nəzərə alınır.

Bir çox hallarda mühafizə-yanğın siqnalizasiyasının quraşdırılması artıq adamlar yaşayan mənzildə, fəaliyyətdə olan ofisdə, sexdə, laboratoriyada həyata keçirilir. Səsli və tozlu tikinti işlərinin aparılması vaxtının razılaşdırılması çox mühüm əhəmiyyət kəsb edən amillərdən biri olduğu üçün, iş qrafikinin tərtib edilməsi zamanı “YQS” həmişə müştərinin maraqlarını nəzərə alır.

Onlayn konsultasiya
Onlayn konsultasiya
Operatorlar hal-hazırda məşğuldurlar.
Xahiş edirik daha sonra cəhd edin və ya əlaqə bölməsindən istifadə edərək müraciət edin..