Tüstüsovurma və ventilyasiya sistemi
Statistikaya görə, yanğın zamanı baş verən hər beş ölüm hadisəsindən dördünün səbəbi yüksək temperatur yox, tüstü olmuşdur. Yanğın zamanı tüstü əksər hallarda istidən daha sürətlə yayılır. Bu tüstü göz qişası ilə təmasda olaraq, gözlərdə kəskin yandırıcı ağrıya, göz yaşının axmasına və hərəkətlərdə dezorientasiyaya səbəb olur.